Yazını böyüt
Yazını kiçilt
Hesablama Palatası dövlət büdcəsindən ayrılmış əsaslı xərclərin maliyyə hesabatlarında əks etdirilməsi vəziyyətini araşdırır.
Bu barədə Palatadan hafta.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, 2021-ci ilin dövlət büdcəsindən ayrılmış əsaslı xərclərin maliyyə hesabatlarında əks etdirilməsi vəziyyətinin qiymətləndirilməsi üçün analitik prosedurlar tətbiq edilməklə müvafiq araşdırmaya başlanılması qərara alınıb. Aparılan planlaşdırma işlərinin nəticələri əsasında müvafiq nəzarət tədbirinin keçirilməsi məqsədilə İş Planına əlavə edilə bilər.